Xəbərlər

Balakəndə ağır yol qəzası baş verib, ölən və yaralananlar var
07 sentyabr, 2014 08:53

Bu gün səhər saatlarında Balakən rayonu ərazisində ağır yol qəza hadisəsi baş verib.

Hadisə zamanı Rusiyadan Balakənə qayıdan rayon sakinləri qəzaya düşüblər. Ölən və xəsarət alanlar var.
 
ERtv Kanal S-ə istinadən bildirir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 140-cı kilometrliyində, Balakənin Katex kəndi ərazisində baş verib. Balakənin Meşəşanbul kənd sakini Dirçinov Əziz Ramazan oğlu idarə etdiyi 99-CJ-806 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idaretməni itirərək qəza törədib. Qəza zamanı avtomobil yol kənarındakı beton işıq dirəyinə çırpılıb. Nəticədə sürücü ilə yanaşı, avtomobildə olan sərnişinlər - Cücüyev Əli Ramazan oğlu, Varşayeva Həlimət Ramazan qızı və Hetayev İsa Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Xəstəxanadan verilən məlumata əsasən, qəza nəticəsində xəstəxanaya daxil olan yaralılardan Ramazan Dirçinovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. 
 
Onu da qeyd edək ki, qəzaya düşən şəxslər qonşu Rusiya Federasiyasının Mahaçkala şəhərindən Balakən rayonuna, evlərinə qayıdırmışlar. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb və araşdırma işi aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq. 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.