Xəbərlər

Nazim İbrahimov Andorra Parlamentinin sədri ilə görüşüb
06 sentyabr, 2014 21:51

Andorrada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Andorra Parlamentinin spikeri Visens Mateu Zamora və vitse-spiker, xanım Monika Bonel Tuset ilə görüşüblər.

ERtv Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq prezidenti xanım Vayra Vike Frayberqa, Mərkəzin Qəyyumlar Şurasının üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzin İdarə Heyətinin üzvü Petar Stoyanov, Liviya Vətəndaş Forumunun prezidenti Farida Allagahi və Andorranın sabiq Baş naziri Oskar Ribas Reyq də iştirak edib.

Görüşdə Andorra Parlamentinin spikeri Visens Mateu Zamora ölkəsinin tarixi haqqında qısa məlumat verildikdən sonra hazırda burada keçirilən "Avropada etimadın bərpa olunması" konfransının əhəmiyyətindən danışıb. Parlamentin spikeri regionda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün 800 illik tarixində heç bir münaqişə yaşamayan Andorranın seçilməsinin ideal faktor olduğunu vurğulayıb. Tədbirin təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirən Visens Mateu Zamora birgə əməkdaşlığın gələcəkdə davam etdirilməsində maraqlı olduğunu deyib.

Görüşdə 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqların müzakirəsi üçün Andorra hökumətinin göstərdiyi dəstəyə görə təşəkkür ifadə olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nümayəndə heyətinin üzvləri bu əməkdaşlığın davam etdiriləcəyinə, yeni layihələrin həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər.

Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin üzvləri xatirə kitabına ürək sözlərini yazıblar, daha sonra Parıamentin tarixi binası Kasa De La Valı ziyarət ediblər və yenicə istifadəyə verilmiş təzə binanın iclas zalı ilə tanış olublar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.