ABŞ Ukraynaya 60 milyon dollar yardım edəcək
06 sentyabr, 2014 21:46
ABŞ Ukraynaya 60 milyon dollar yardım edəcək.
ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, maliyyə yardımı Ukraynanın müdafiə qabiliyyətini artırılmasına sərf olunacaq. Belə ki, bu məbləğ Ukrayna Müdafiə Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və Milli Qvardiya üçün nəzərdə tutulub.
Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Ukraynaya quru yemək, güllə keçirməyən jiletlər, radiostansiyalar, avtomobillər, teplovizorlar , dərmanlar, robot-istehkamçılar, geyim və fərdi müdafiə vasitələri göndəriləcək.
ABŞ həmçinin Ukrayna Müdafiə Nazirliyinin strukturlarının kibermüdafiə və logistika təhcizatının müasirləşdirilməsinə də dəstək verəcək.