Bakıda tikinti bazarında yanğın olub
06 sentyabr, 2014 21:42
Bakıda Dərnəgül şosesindəki tikinti bazarında yanğın baş verib.
ERtv Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib.
Yanğın məlumatı daxil olan kimi hadisə yerinə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.