Zakir Qaralov Zaqatalada vətəndaşları qəbul edəcək
05 sentyabr, 2014 20:49
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov sentyabrın 19-da saat 11:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
ERtv prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.