Xəbərlər

"Bakı 2015" üçün tikilən arenaya çəkilən xərclər açıqlandı
04 sentyabr, 2014 15:37

"Bakı 2015" üçün tikilən arenaya çəkilən xərclər açıqlandı.

ERtv xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələri (AOK) Koordinasiya Komissiyasının 4-cü iclasında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
 
O "Bakı 2015"ə hazırlıq işləri barədə danışıb və qarşıda görülməli çox işlərin oduğunu deyib:
 
"Qarşıda duran məsələlərin hər biri bizim üçün vacibdir. Yeni qurğuların quraşdırılması, könüllülərlə iş, nəqliyyat məsələləri, müvəqqəti qurğuların yerləşdirilməsi kimi məsələlər görülməli işlərin siyahısına daxildir. Bütün işləri gələn ilin fevral ayında yekunlaşdırmağı planlaşdırırıq", - deyə A.Rəhimov söyləyib.
 
Nazir "Bakı 2015: ilk Avropa Oyunları" üçün idman arenalarının quraşdırılması, kommunikasiya, nəqliyyat, qonaqlama yerləri və digər məsələlər üçün çəkilən xərclər barədə də danışıb.
 
O bildirib ki, "Bakı 2015" üçün investisiya proqramı 3 mərhələdə aparılır - idman qurğuları, kommunikasiya xərcləri və əməliyyat komitəsi üçün ayrılan vəsait.
 
Azad Rəhimov idman qurğuları üçün çəkilən xərclərin bir neçəsini də açıqlayıb:
Stend atıcılığı üçün arena -  50-60 milyon manat
 
Su kompleksi arenası - 100 milyon manat civarında Heydər Əliyev adına İdman Konsert Kompleksinin təmiri və qurğuların quraşdırılması - 20-25 milyon manat civarında
 
Əl Oyunları Sarayının təmiri və yenilənməsi - 20 milyon manat civarında
Milli Stadionun tikintisi - 500 milyon manat
 
Nazir həmçinin vurğulayıb ki, bu günə qədər Əməliyyat Komitəsi üçün 70-80 milyon manat vəsait yönəlib:
 
"Müvəqqəti qurğuların dəyərinin hesablanması aparılır. Bəzi qurğular üçün xərcləri aşağı sala bilmişik. İşlər yekunlaşanda "Bakı 2015" üçün ümumi nə qədər investisiya ayrıldığı barədə yekun məlumat verəcəyik".
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.