Xəbərlər

Tanınmış aktrisanın oğlu rəhmətə gedib
04 sentyabr, 2014 15:36

Xalq artisti Nuriyyə Əhmədovanın oğlu vəfat edib.

ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, aktrisanın rəfiqəsi Sədaqət Kamalın verdiyi məlumatına görə, 37 yaşlı Əli səhərə yaxın keçinib. İslamzadə Əli Xanlar oğlu bu gün saat 14:00-da Mərdəkanda torpağa tapşırılacaq.

Mərhum yarım ildir ağciyər və ürək çatışmamazlığından əziyyət çəkirdi. Avqust ayının sonlarında vəziyyəti kəskinləşdiyindən Sabunçu rayon 3 saylı Kliniki Xəstəxanada reanimasiyaya yerləşdirilmişdi. Əlinin xəstəliyi o həddə çatmışdı ki, gəzə bilmirdi. Orada bir neçə gün qaldıqdan sonra həkimlər ağır xəstəni evə buraxmışdı.

Qeyd edək ki, evi olmayan xalq artisti Nuriyyə Əhmədova fasilələrlə bacılarının və rəfiqələrinin evində yaşayır. Xalq artisti oğlu Əlinin xəstəliyini məhz evsizlik və şəraitsizliklə əlaqələndirmişdi: "Gündə bir evdə yaşayıb, yeməyinə fikir verməyib. Bir övlad itirmişdim, ikinci uşağımı da itirəcəyimdən çox qorxuram. Xəstəxanadan çıxandan sonra hara gedəcəyimiz sual altındadır. Çünki yaşamağa mənzilimiz yoxdur. Bununla bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyinə dəfələrlə müraciət etmişəm. Haradan kömək istəyirəmsə yalnız rədd cavabı alıram. Mənim müraciətimə baxmırlar. Artıq qapı-qapı gəzib ev istəməkdən yorulmuşam. Heç kim bu işi öz üzərinə götürmək istəmir. Axı mən də Azərbaycan mədəniyyətinə müəyyən qədər xidmət göstərmişəm. Mənə baxa-baxa bacı və qardaşım da şəkər xəstəliyi tapıb. Ümidim yalnız Allaha qalıb”.

Allah rəhmət eləsin!

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.