Hindular yəhudiləri qovdular
02 sentyabr, 2014 09:15
Qvatemalanın San-Xuan-de-Laqun kəndinin yerli hinduları 230 ortodoksal yəhudini öz yerlərindən qovublar.
ERtv “The Tico Times”a istinadən xəbər verir ki, hakimiyyətin məlumatına görə, ABŞ, İsrail, Böyük Britaniya və Rusiyadan gələn yəhudilər 2008-ci ildən bu kənddə yaşayırlarmış.
Hinduların bildirdiyinə görə, münaqişə yəhudilərin bu kənddə öz dinlərini yaymağa başlamaları nəticəsində baş verib.
Qovulan “Lev Tahor” yəhudi icmasının rəhbəri Misael Santos bildirib ki, hindular onları daima öldürəcəkləri və sularını kəsəcəkləri ilə hədələyiblər.