Xəbərlər

Sumqayıtda oğurlanan 2 aylıq körpə tapıldı
02 sentyabr, 2014 09:14

Bu il avqustun 13-də Sumqayıtda oğurlanmış iki aylıq körpə tapılıb.

ERtv xəbər verir ki, bu barədə APA TV-yə Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, körpə Binəqədi rayonu ərazisində tapılıb. Binəqədi rayon Polis İdarəsindən də körpənin tapılması faktı təsdiqlənib. Binəqədi və Sumqayıt polisinin birgə əməliyyatı nəticəsində körpənin saxlanıldığı yer müəyyənləşdirilib,  onu oğurlayan qadın saxlanılıb.

Qadın polisə ilkin ifadəsində körpəni oğurlamasını uşağı olmaması ilə əlaqələndirib. “Uşaq saxlamaq istəyirdim. Ona görə də körpəni qaçırdım”, - qadın bildirib.

Qeyd edək ki, avqustun 13-də Sumqayıt şəhərində Aysel Əhmədova yaşadığı ərazidə evinə gələn və ona yardım etmək istədiyini deyən qadınla birlikdə iki aylıq körpəsini və digər iki uşağını da götürərək yaxınlıqdakı parka gedib.

Aysel Əhmədova digər uşaqlarını parkdakı atraksionlarda gəzdirmək üçün körpəni qadına həvalə edib. O isə fürsətdən istifadə edərək, körpəni qaçırıb.

Hadisədən dərhal sonra Sumqayıt polisi xüsusi əməliyyat qrupu yaratmışdı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.