Ərdoğana “Heydər Əliyev” ordeni təqdim edilib
03 sentyabr, 2014 16:42
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sentyabrın 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, dövlət başçıları ziyafətdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Heydər Əliyev” ordeni təqdim edib.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.