Xəbərlər

Futbolda yeni qayda: ölkələr liqası keçiriləcək
03 sentyabr, 2014 16:40

UEFA “Xalqlar Liqası” adlı beynəlxalq turnir keçirəcək.

ERtv ligtv.com.tr-yə istinadən xəbər verir ki, UEFA 2018-ci ildən etibarən keçirilməsi planlaşdırılan liqa ilə milli komandalar səviyyəsində yarışlara diqqəti artırmaq istəyir.

Liqanın formatı da artıq məlumdur. Belə ki, “Xalqlar Liqası” 4 qrupda keçiriləcək. Avropa ölkələrinin reytinq ardıcıllığı nəzərə alanaraq bir-birinə yaxın reytinqdə yerləşən ölkələr eyni qruplarda yer alacaq.

54 ölkə 4 qrupa bölünəcək.

A və B qrupda 12 ölkə yer alacaq. Onlar hər birində 4 ölkə olmaqla 3 alt qrupa bölünəcək.

C qrupunda 14 ölkə yer alacaq. İlk 2 alt qrupda 4 ölkə, 3 və 4-cü alt qrupda isə 3 ölkə mübarizə aparacaq.

D qrupunda isə 16 ölkə olacaq. Bu qrup hər birində 4 ölkə olmaq 4 alt qrupa bölünəcək.

Hər alt qrupda yer alan ölkələr bir-birilərinə qarşı evdə və səfərdə olmaqla yarışacaqlar. Bundan sonra A, B, C və D qruplarının hər birinin alt qruplarında 1-ci olan ölkələr arasında “dördlü final” keçiriləcək. Hər qrupda “dördlü final”ın qalibləri arasında yeni bir “dördlü final” keçiriləcək və qalib ölkə “Xalqlar Liqası”nı çempion kimi tamalayacaq.

Bu liqa həm də Avropa Çempionatının əsas mərhələsinə vəsiqə qazanmaq baxımından da önəm daşıyacaq. Belə ki, 2020-ci ildə 24 ölkənin iştirakı ilə keçiriləcək Avropa Çempionatına 4 vəsiqə məhz “Xalqlar Liqası”ndan veriləcək.

A, B, C və D qruplarının qalibləri çempionata vəsiqə qazanmış olacaq.

Hazırda keçirilən seçmə mərhələ oyunları isə olduğu kimi qalacaq. Bu həmin liqa ilə paralel keçiriləcək. Digər 20 iştirakçı da seçmə mərhələdə qruplarından ilk 2 yeri tutan ölkələr olacaq.

Liqanın maraqlı cəhəti həm də ondan ibarət olacaq ki, alt qruplarda lider olan ölkələr bir növbəti qrupa yüksələcək. Məsələn: hansısa ölkə C qrupunun 1, 2, 3 və 4-cü alt qrupunda lider olarsa o növbəti liqada nisbətən daha güclü ölkələrin yer alacağı B qrupunda mübarizə alacaq.

UEFA bununla da milli komandaların arasında yoldaşlıq görüşlərinin sayını azaltmaq, həm də futbola yeni həyəcan gətirmək niyyətindədir.

İlk “Xalqlar Liqası”nın 2018-ci ilin sentyabr, oktyabr və noyabr aylarında keçirilməsi planlaşdırılır. Bu ayların hər birində 2 oyun keçirməklə alt qrup oyunları yekunlaşacaq. “Dördlü final”laarın isə 2020-ci ilin mart ayında keçirilməsi planlaşdırılır.

Hazırda UEFA-nın Avropa üzrə reytinq ardıcıllığına görə “Xalqlar Liqası”nın qruplarını və alt qrularını belə bölmək olar. Amma təkidlə bildiririk ki, bu sırlama 2018-ci ilə qədər dəyişə bilər. O vaxta qədər ölkələrin qazanacağı xallar onların reytinqdəki mövqelərinin dəyişməsinə səbəb ola bilər.

A qrupu

B qrupu

C qrupu

D qrupu

1-ci alt qrup

Almaniya

Hollandiya

Belçika

Yunanıstan

1-ci alt qrup

Ukrayna

İspaniya

Rumıniya

İsveç

1-ci alt qrup

Serbiya

İsrail

İrlandiya

Polşa

1-ci alt qrup

Latviya

Finlandiya

Şimali İrlandiya

Makedoniya

2-ci alt qrup

Fransa

Portuqaliya

İsveçrə

Bosniya və Hersoqovina

2-ci alt qrup

İslandiya

Avstriya

Macarıstan

Türkiyə

2-ci alt qrup

Bolqarıstan

Slovakiya

Ermənistan

Norveç

2-ci alt qrup

Estoniya

Lüksemburq

Kipr

Qazaxıstan

3-cü alt qrup

Xorvatiya

İtaliya

Rusiya

İngiltərə

3-cü alt qrup

Danimarka

Çexiya

Sloveniya

Çernoqoriya

3-cü alt qrup

Albaniya

Litva

Şotlandiya

3-cü alt qrup

Gürcüstan

Malta

Belarus

Lixtenşteyn

 

 

4-cü alt qrup

Moldova

Uels

AZƏRBAYCAN

4-cü alt qrup

Farer adaları

Andorra

San Marino

Cəbəllütariq

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.