Xəbərlər

Azad Rəhimov Avropa Şurasının rəsmi şəxsi ilə müzakirələr aparıb
03 sentyabr, 2014 16:39

Azad Rəhimov Qabriella Battaini–Draqonini ilə “Bakı 2015”-i müzakirə edib.

Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, nazir Azad Rəhimov Avropa Şurası Baş katibinin müavini Qabriella Battaini–Draqonini qəbul edib.

Görüş çərçivəsində A.Rəhimov 2015-ci ildə Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı məlumatlar verib. Nazir, həmçinin Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə həyata keçiriləcək bir sıra tədbirlər haqqında da qonağı məlumatlandırıb.

Bununla yanaşı, 1-5 oktyabr tarixlərdə Qəbələ şəhərində keçiriləcək Avropa Şurasının “Nifrət nitqinə yox” kampaniyasının beynəlxalq forumu və 28-30 oktyabr tarixlərdə Bakı şəhərində keçiriləcək Gənclər siyasəti üzrə Qlobal Gənclər Forumu da qonaqla müzakirə edilib.

2014-cü ilin sentyabr ayında İsveçrənin Makkolin şəhərində keçiriləcək Avropa Şurasının İdmana məsul nazirlərinin növbəti görüşünün mövzuları ətrafında da fikir mübadiləsi aparılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.