imali Korolina ştatının hakimi Duqlas Sasser əvvəllər 11 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən və buna görə 30 il türmədə yatan iki qardaşı təqsirsiz bilib.
ERtv The Huffington Post-a istinadən xəbər verir ki, hakim yeni dəlilin ortaya çıxması səbəbindən işə yenidən baxılması ilə əlaqədar 50 yaşlı Henri Makkolum və 46 yaşlı Leon Braunu azad buraxmaq qərarına gəlib.
Yenidən aparılan ekspertiza göstərib ki, meyitin aşkar olunduğu yerdə tapılan siqaret kötüyündə müttəhimlərin DNT-si aşkar olunmayıb.
Orada tapılan bankanın üzərində də onların barmaq izləri aşkar edilməyib. Lakin başqa bir insanın barmaq izləri ona uyğun gəlib. Halbuki, həmin insan da qardaşların tutulmasından bir ay sonra oxşar cinayətlə həbs olunub.
1983-cü ildə 19 və 15 yaşlı şübhəlilər xeyli dindirildikdən sonra 11 yaşlı Sabrina Byuinin qətlində şübhəli biliniblər. Lakin iddianı təsdiq edən maddi sübut tapılmayıb. Dəlilin olmaması qardaşların ölüm hökmünə məhkum edilmələrinə əngəl törətməyib. Lakin sonradan edilən appelyasiya şikayəti nəticəsində Makkolum ölümə məhkum edilənlər kamerasında qalıb, Braun isə ömürlük həbsə məhkum edilib.
Hazırda qızın qətlində şübhəli bilinən cinayətkarın adı açıqlanmınr, onun 74 yaşı olduğu bildirilir.