Xəbərlər

Bakıda dəhşətli qəza: 6 ölü, 2 yaralı
03 sentyabr, 2014 16:35

Paytaxtda 6 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.

ERtv APA TV-yə istinadən xəbər verir ki, Zabrat qəsəbəsində “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində biri azyaşlı olmaqla 6 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobil taksi fəaliyyəti göstərirmiş. O, Məhəmmədi qəsəbəsinə müştəri apararkən Zabrat qəsəbəsi ərazisində qarşı tərəfdən yüksək sürətlə gələn “VAZ-2106” maşının yoluna çıxıb. “Mercedes”ə çırpılan “VAZ-2106” daha sonra işıq dirəyinə dəyib.

Maşında olan 5 gəncin hamısı və 1 azyaşlı dünyasını dəyişib. Meyitlər avtomobildən ətrafdakı adamların köməkliyi ilə çıxarılıb. Ölənlərin şəxsiyyəti hələlik məlum deyil.

“Mercedes”in sürücüsü və sərnişini isə ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Yaralılardan yalnız sərnişinin şəxsiyyəti məlumdur. Onun Nizami Gülməmmədov adlı şəxs olduğu bildirilir. O, “Koroğlu” metro stansiyasının yaxınlığından “Mercedes”ə müştəri kimi minibmiş.

Həkim bildirib ki, “Mercedes”in şəxsiyyəti məlum olmayan sürücüsünün həyati təhlükəsi var və onun yaşayacağına ümid azdır.

Faktla bağlı araşdırma aparılır. Ölənlərin və “Mercedes”in yaralı sürücüsünün şəxsiyyəti dəqiqləşdirilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.