Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyi qiymət dəyişikliyi ilə bağlı açıqlama yayıb
03 sentyabr, 2014 16:34

Rusiya bazarına ixracın artırılması ilə avqustda bəzi kənd təsərrüfatı məhsullarının kəskin bahalaşması barədə yayılan xəbərlər əsassızdır.

ERtv-nin verdiyi xəbərə görə, Kənd Təsərrüfatı Nazirliyinin qiymət dəyişikliyi ilə bağlı yaydığı açıqlamada belə deyilir.

“Son günlər bəzi KİV-lərdə ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına ixrac həcminin çoxalmasına görə daxili bazarda kəskin qiymət artımının baş verməsi ilə bağlı əsassız informasiyalar yayılır. Daha çox subyektiv mülahizələrə əsaslanan bu tip informasiyaların yerinə, sistemli şəkildə aparılan peşəkar təhlillər, əslində vəziyyətin fərqli olduğunu göstərir”.

Açıqlamada deyilir ki, düzdür, Rusiya bazarına ixracın təsiri ilə cari ilin avqust ayında meyvə, tərəvəz və bostan məhsullarının qiymətlərində baş verən dəyişiklik mövsümün əvvəlində istehsalçılar üçün əlverişsiz olan qiymət şərtlərinin, əlverişli vəziyyətə gəlməsini şərtləndirib.

“Amma qiymətlərin yeni tarazlıq səviyyəsi istehlakçıların da mənafeyinə toxunmayıb, çünki bu ötən ilin müvafiq dövrü ilə eyni səviyyədədir.

Hələ mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə kifayət qədər aşağı idi. Meyvə-tərəvəzlər üzrə istehsalçı qiymət indeksi, yəni ki, fermerlərin sahədən satış qiymətləri 4-5% aşağı idi. Bir sözlə, cari mövsümün əvvəlində formalaşmış qiymət şərtləri ötən illə müqayisədə kənd təsərrüfatı istehsalçıları üçün olduqca əlverişsiz vəziyyətdə idi. Deməli, bütün hallarda qiymətlərin həm istehsalçılar, həm də istehlakçılar üçün optimal səviyyədə qərarlaşmasını təmin etmək üçün müvafiq tədbirlərə ehtiyac var idi.

Avqust ayının əvvəlindən başlayaraq Rusiya bazarına ixrac imkanlarının genişlənməsi, təbii olaraq, yerli istehsalçılar üçün əlverişli bazar şərtlərinin yaranmasını şərtləndirən müsbət faktor kimi çıxış etdi. Bunun da nəticəsində daxili bazarda qiymət şərtləri həm də fermerlərin mənafeyinə uyğun yeni tarazlıq mərhələsinə daxil oldu.”-, deyə, açıqlamada qeyd olunur.

Açıqlamada deyilir ki, əslində cari ilin ötən dövrü ərzində Azərbaycanda istehsal edilən meyvə, tərəvəz və bostan məhsullarının ixrac edilən hissəsi müxtəlif məhsullar üzrə ümumilikdə təqribən 7-10% təşkil edib, ötən ilə nəzərən artım isə 20,5% olub.

“Yəni “ölkədə istehsal edilən meyvə-tərəvəz məhsullarının hamısı götürülüb Rusiya bazarına aparıldı” kimi ajiotaj informasiyanın əsası yoxdur”.

Kənd Təsərrüfatı Nazirliyinin monitorinqləri göstərir ki, Rusiya bazarına məhsul ixracının artırılmasından irəli gələn qiymətlərə psixoloji təsir faktoru avqust ayının 8-9-dan başlasa da, bu faktor avqust ayının 28-29-dan öz təsirini itirməyə başladı.

Yəni artıq avqust ayının axırından etibarən qiymətlər yeni tarazlıq nöqtəsində sabitləşməyə başlayıb.

Açıqlamada deyilir ki, aparılan təhlillərə əsasən  artıq cari ilin avqust ayının sonunda qiymətlərin formalaşmış yeni səviyyəsi, demək olar ki, ötən ilin müvafiq dövrü ilə eyni səviyyədədir, hətta kartof, soğan, badımcan, çuğundur, alma, armud, şaftalı və üzüm kimi məhsullar üzrə daha aşağı səviyyədədir.

“Burada yalnız qarpız, yemiş, lobya və pomidorun qiyməti bu və ya digər səviyyədə istisnalıq təşkil edir, yəni ki, ötən ilin müvafiq dövrünə nisbətən yuxarıdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.