Xəbərlər

Bakıda keçiriləcək Avropa Oyunlarının beynəlxalq yayımı “NTV Spor” kanalında olacaq
01 sentyabr, 2014 20:49

“Bakı 2015 Avropa Oyunları” bu gün Türkiyənin aparıcı idman kanalı olan “NTV Spor” ilə beynəlxalq yayım haqqında saziş bağlayıb.

ERtv xəbər verir ki, sazişə görə “NTV Spor” kanalı bütün Türkiyə ərazisində birinci Avropa Oyunlarının yayımını həyata keçirəcək. Bununla da 17 günlük yarışları hər kəs canlı izləyə biləcək.

“NTV Spor” kanalı televiziya, internet və mobil platformalar üzərindən hər gün oyunların yeddi saat təqdimatını keçirəcək. Həmin 7 saatdan böyük hissəsi canlı olaraq yayımlanacaq. Eyni zamanda, yarışların parlaq məqamlarından seçilmiş videomateriallar ilə birgə açılış və bağlanış mərasimləri də canlı olaraq nümayiş olunacaq.

“Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq yeni saziş haqqında deyib ki, “NTV Spor” kanalı, mümkün qədər çox idman azarkeşinin bir sıra media platformaları üzrə ətraflı yayımdan faydalanmasını təmin edəcək.

Doğus Media Group-un İdman Qrupunun prezidenti Fuat Akdağ da öz növbəsində bildirib ki, bu saziş təkcə Türkiyədə çoxsaylı idman növlərindən ibarət yarışlara olan marağı əks etdirmir, eyni zamanda həmin yarışların beynəlxalq yayım şirkətləri üçün güclü məhsul olaraq qalacağını göstərir.

Qeyd edək ki, “Bakı 2015 Avropa Oyunları” 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ yeni çoxsaylı idman növləri üzrə yarışlar olmaqla yanaşı kontinentdə ilk Avropa Oyunları olacaq.

Yarışlar ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və dördü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.