İstehsalına 2,5 il sərf olunan şəxsi prezident təyyarəsi ABŞ-dan Türkiyəyə gətirilib.
ERtv xəbər verir ki, genişfüzelajlı “Airbus A330-200 Prestige” VİP sinifli təyyarələrə aiddir.
Bu təyyarə əlavə yanacaq vurmadan səmada 15,4 min km hərəkət edə bilir və həmçinin ehtiyat yanacaq çənləri ilə təchiz olunub ki, bu da hava gəmisinin səmada qalma müddətini əhəmiyyətli dərəcədə artırır.
Təyyarənin dizaynı o zaman hələ baş nazir olan Rəcəb Tayyib Ərdoğanın istəyi ilə işlənib.
İş zonası, yataq otağı və konfrans zalına ayrılan hava gəmisi, həmçinin fasiləsiz internet və şəxsi raket əleyhinə müdafiə sistemi ilə təchiz edilib.
Layihənin dəyəri 300 milyon dollar olsa da, Amerika şirkəti 50%-dən çox güzəşt edib və nəticədə təyyarə 120 milyon dollara başa gəlib.