Xəbərlər

ARDNŞ BP ilə iki Anlaşma Memorandumu imzalayıb
01 sentyabr, 2014 20:36

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP şirkəti arasında iki Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutub.

ERtv “APA-Economics”ə istinadən xəbər verir ki, sənədlərdən biri yerli işçi qüvvəsinin təlimi və inkişafı, həmçinin insan resurslarının genişləndirilməsinə dair müqavilədir.

Digər müqavilə ARDNŞ və BP arasında razılaşdırılmış işəgötürmə və təyinat prosesinə dair Anlaşma Memorandumudur ki, bu sənəd Azərbaycanda BP Şirkətinin əməliyyatçılığı ilə həyata keçirilən bütün hasilatın pay bölgüsü haqqında sazişləri əhatə edir və işçilərin işə götürülməsi sahəsində əməkdaşlıq etmək üçün ümumi bir baza təqdim edir.

İlk müqaviləni ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, BP tərəfdən isə kadr məsələləri üzrə Leyla Novruzova imzalayıblar.

İkinci sənədi BP tərəfdən şirkətin əlaqələr, şirkət xarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov, ARDNŞ tərəfdən isə Xalik Məmmədov imza atıblar.

Sənədlər tərəflərin neft-qaz sənayesi ilə bağlı peşələr üzrə ixtisaslaşan yerli işçilər üçün təlim, tədrisi və inkişaf imkanının yaradılması istiqamətində əməkdaşlıq etmək öhdəliyinə sadiqliyini sübut edir.

İmzalanma mərasimində çıxış edən BP-nin kadrların milliləşdirilməsi üzrə nümayəndəsi Kamran Rzayev bildirib ki, imzalanan sənədə əsasən bir yerli işçi bir şirkətdən digər şirkətə keçə biləcək.

“Həmçinin BP ARDNŞ-nin Qobustan Təlim Tədris Mərkəzi ilə sıx əməkdaşlıq edəcək. BP burada yerli kadrlar da hazırlayacaq”, - deyə o qeyd edib.

ARDNŞ-in Sərmayələr İdarəsinin direktoru Teymur Mahmudov bildirib ki, bu saziş yerli bazarda iştirak edən peşəkar mütəxəssislərin bazasının qurulmasına xidmət edəcək: “Bu saziş çərçivəsində BP Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 100 nəfərin peşə və texniki təlimə dəstək olması barədə öhdəlik götürür. Onların 1 illik təlimi ilə bağlı təhsil haqqı və digər xərcləri BP və onun tərəfdaşları tərəfindən ödəniləcək”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.