Şamaxı və Qobustanda qaz olmayacaq
01 sentyabr, 2014 20:34
1- 3 sentyabr tarixlərində Şamaxı şəhəri də daxil olmaqla rayonun bir hissəsinə və Qobustan rayonunun Xilmilli kəndinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
ERtv-yə bu barədə “Azəriqaz” İB-indən məlumat daxil olub.
Məlumata əsasən məhdudlaşma qaz nəqli şəbəkəsində quraşdırma işlərinin aparılması ilə əlaqədardır.