"Neftçi"də yeni məşqçi
30 avqust, 2014 20:45
“Neftçi” klubuna fiziki hazırlıq üzrə yeni məşqçi təyin olunub.
ERtv klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, rumıniyalı mütəxəssis George Karmel Barbuleskudur.
45 yaşlı məşqçi buna qədər Rumıniyada “Rapid”, “Astra” və “Vasluy” kimi klublarda çalışıb. Karmel Barbulesku “Neftçi”nin bu gün keçiriləcək məşqində komanda üzvlərinə təqdim olunacaq.