Rafiq Hüseynov: “Müayinə olunmaq üçün yenidən Türkiyəyə gedəcəyəm”
30 avqust, 2014 20:44
“Müayinə olunmaq üçün sabah yenidən Türkiyəyə gedəcəyəm”.
ERtv APA-ya istinadən xəbər verir ki, bunu xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib.
onun sözlərinə görə, hazırda səhhəti ilə bağlı ciddi şikayəti olmasa da, həkimlərin məsləhəti ilə müayinədən keçməsi zəruridir: “İşə çıxıram, sağlamlığımdan ciddi mənada şikayətim yoxdur. Şükür Allaha, yuxum, yeyib-içməyim qaydasındadır. Müayinədən keçim, görüm, həkimlər əməliyyatdan sonra ümumi vəziyyəti necə qiymətləndirirlər”.
R.Hüseynov əlavə edib ki, Bakıya sentyabrın 4-də qayıdacaq.
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.