Bred Pittin evlənməsi keçmiş xanımını özündən çıxarıb
30 avqust, 2014 20:43
Hollivud ulduzları – Bred Pitt və Ancelina Colinin ailə qurması aktyorun keçmiş xanımı Cennifer Enistonu özündən çıxarıb.
ERtv Axşam.az-a istinadən xəbər verir ki, C. Eniston eks həyat yoldaşı B.Pittin evlənməsi barədə verilən suallara qarşı çox aqressivdir.
Aktrisa jurnalistlərin ona toy, ailə və uşaqlar haqda sual ünvanlamasını qadağan edib.
Xüsusilə, o, Bred və Ancelina ilə bağlı sual eşidən kimi müsahibəni dayandıraraq studiyanı tərk edəcəyini bildirib. Aktrisa, həmçinin, qatıldığı şou-proqramlara onun keçmişindən kadrların verilməsini də qadağan edib.