Xəbərlər

150-ə yaxın yeni iş yeri açılacaq
30 avqust, 2014 20:38

Gəncə şəhəri və ətraf rayonlardan olan 70-dən çox sahibkara 1,5 milyon manat güzəştli kredit verilib.

ERtv-nin İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə kreditlər Sahibkarlığa Kömək Milli Fondunun Gəncədə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair keçirdiyi işgüzar forum çərçivəsində verilib.

Bu kreditlərin reallaşdırılması hesabına 150-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Bildirək ki, tədbirin keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Gəncədə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Gəncənin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış yaşıl marketin, logistik mərkəzin, istixana kompleksinin və kiçik plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

2014-cü ilin ötən dövrü ərzində 3547 sahibkara 186 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4362 investisiya layihəsinin maliyyələşdirilməsinə 156.2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 21 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Həmçinin, indiyədək Gəncə şəhərindən olan 429 sahibkara 29.2 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 4000-ə yaxın yeni iş yerləri yaradılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.