Xəbərlər

Millət vəkili: “Avropa məkanında insan hüquqlarının məhdudlaşdırılmasına dair çoxsaylı faktlar mövcuddur”
28 avqust, 2014 12:39

Bu gün Qərb ölkələrində, Avropa məkanında qanun pozuntularına, insan hüquqlarının məhdudlaşdırılmasına dair çoxsaylı faktlar mövcuddur.

ERtv xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev dilə gətirib.

Onun dediyinə görə, amma “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz Reportyorlar” tipli insan hüquqları, demokratiya kimi dəyərləri əsas götürdüklərini iddia edən hüquq-müdafiə təşkilatları, o cümlədən, Avropa Birliyi bu faktlara dair hər hansı bir bəyanatla çıxış etmir, susqunluq nümayiş etdirirlər.

“Bir nümunəni nəzərinizə çatdırım: sözügedən təşkilatlar nədənsə Tiflis şəhər məhkəməsinin qiyabi olaraq Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili barəsində həbs hökmü çıxarması məsələsinə qətiyyən toxunmurlar.

Ancaq mütəmadi olaraq ölkəmizlə bağlı ikili standartlara söykənən  selektiv yanaşmalar Azərbaycan cəmiyyətində haqlı narazılıq yaratmaqla yanaşı, adıçəkilən təşkilatların imicinə ciddi şəkildə mənfi təsir göstərir”, - deyə o, mətbuata açıqlamasında sonra bildirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.