Çempionlar Liqasında təsnifat mərhələsinə yekun vurulub.
ERtv xəbər verir ki, pley-offun son 5 oyunu ilə qrup mərhələsinin iştirakçıları bəlli olub.
Azərbaycan azarkeşlərinin əsas diqqəti isə iki oyunda olub. Qardaş Türkiyənin təmsilçisi “Beşiktaş”dan qələbə gözləyən azarkeşlərin arzusu reallaşmayıb. “Arsenal” qalib gələrək qrup mərhələsinə adlayıb.
“Qarabağ”ı mübarizədən kənarlaşdıran “Zalsburq”a isə “Malmö” yerini göstərib. Cavab matçında üstün oyun nümayiş etdirən “Malmö” qrup mərhələsinə çıxıb.
“Atletik Bilbao”, “Ludoqorets” və “Bayer Leverkuzen” də lazım olan öhdəliyi yerinə yetirərək rəqiblərindən üstün olublar və əsas mərhələyə yüksəliblər.
Xatırladaq ki, bu oyunlardan bir gün öncə “Zenit”, “APOEL”, “BATE”, “Maribor” və “Porto” da qrup mərhələsinə vəsiqələrə sahib çıxmışdılar.
Qeyd edək ki, daha öncə qrup mərhələsinə birbaşa vəsiqə qazananlar isə bu klublardır:
“Real Madrid”, “Barselona”, “Atletiko Madrid” - İspaniya
“Bavariya”, “Borussiya Dortmund”, “Şalke 04” – Almaniya
“Çelsi”, “Mançester Siti”, “Liverpul” – İngiltərə
“Yuventus”, “Roma” - İtaliya
“Benfika”, “Sportinq” – Portuqaliya
“PSJ”, “Monako” - Fransa
“Şaxtyor” – Ukrayna
“Bazel” – İsveçrə
“ÇSKA Moskva” – Rusiya
“Ayaks” – Hollandiya
“Qalatasaray” – Türkiyə
“Anderlext” – Belçika
“Olimpiakos” - Yunanıstan
“Malmö” (İsveç) - “Zalsburq” (Avstriya) - 3:0
Qollar: Rosenberg, 11; 84, Eriksson, 19
İlk oyun - 1:2
“Ludoqorets” (Bolqarıstan) - “Styaua” (Rumıniya) - 1:0
Qol: Vanderson, 90
Penaltilər: 6:5
İlk oyun - 0:1
“Arsenal” (İngiltərə) - “Beşiktaş” (Türkiyə) - 1:0
Qol: Sançes, 45
İlk oyun - 0:0
“Bayer” (Almaniya) - “Kopenhagen” (Danimarka) - 4:0
Qollar: Son, 2; Calhanoglu, 7; Kiessling, 31; 66
İlk oyun - 3:2
“Atletik” (İspaniya) - “Napoli” (İtaliya) - 3:1
Qollar: Aduriz, 61; 69 - Hamsik, 47; Gomez, 74
İlk oyun - 1:1