“Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovun ailəsində ağır itki baş verib.
ERtv oxu.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Bakı-Quba magistral yolunda Emil Ələsgərovun həyat yoldaşının olduğu minik avtomobilinin ağır yüklü maşınla toqquşması nəticəsində Günay Ələsgərova dünyasını dəyişib.
Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb. Bildirilib ki, G.Ələsgorva Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızıdır.
Hadisə ilə bağlı “Qafqazinfo” saytı yazıb ki, Günay Ələsgərova dəfn olunmaq üçün Ucar rayonunun Qazıqumlaq kəndinə aparılıb.
Qeyd olunub ki, qəzada həlak olan xanım nazirin Loğman adlı qardaşının qızıdır. Onun 40-a yaxın yaşı olub. Mərhumun atası hazırda Türkiyədədir və ağır əməliyyat keçirib.