Ağır qəza: iki qadın öldü, 1 yaşlı uşaq xəstəxanalıq oldu
28 avqust, 2014 12:36
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ERtv APA-ya istinadən xəbər verir ki, Şəmkir rayonunun Dəllər Cəyir kəndində 1986-cı il təvəllüdlü rayon sakini Seyidov Namiq İlqar oğlunun idarə etdiyi avtomobil yolun kənarında olan beton dirəyə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 1961-ci il təvəllüdlü Cabbarova Rübabə Əli qızı və 1964-cü il təvəllüdlü Qarayeva Ayna Məhərrəm qızı hadisə yerində ölüb. Avtomobildə olan 1 yaşlı Cəfərov Yusif Vüqar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.