Dünyanın ən tüklü qoyunu
28 avqust, 2014 12:33
Avstraliyadan olan fermer ailəsi öz sürüsündən ayrı böyüyən və heç vaxt qırxılmayan qoyun tapıblar.
ERtv NTD TV-yə istinadən xəbər verir ki, bu, dünyanın ən tüklü qoyunu ola bilər.
Merinos cinsindən olan qoyunun 6 yaşı var və üzərində neçə kiloqram yun olduğu məlum deyil. Lakin 25 kq-dan artıq olacağı ehtimal edilir.
Piter və Netti Xazel cütlüyü qoyunu Tasmaniyada kənd yerində veyillənərkən tapıblar. Qoyunun yunu o qədər çox olub ki, o qarşısını güclə görürmüş.