Azərbaycan Premyer Liqasında üçüncü turun oyunları davam edir.
Ertv Qol.Az-a istinadən xəbər verir ki, ikinci oyun günü üçün daha iki qarşılaşma nəzərdə tutulub.
Günün ilk oyunu Zaqatalada baş tutub. Burada "Simurq" və "Xəzər Lənkəran" komandaları üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda isə "İnter" və "Sumqayıt" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. "İnter" bu görüşdə qələbə qazanacağı təqdirdə vahid liderliyə yüksələcək. Hazırda lider mövqedə qərarlaşan Sumqayıt təmsilçisinin buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları ilə əlaqədar "Qarabağ" və "Neftçi" klublarının Premyer Liqanın III turundakı görüşləri təxirə salınıb.