Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri Stokholmda səslənib
24 avqust, 2014 12:57
Stokholmdakı məşhur Bervaldhalen konsert salonunda “Mədəni orkestr”in konsertində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri səslənib.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, Baltik dənizi Festivalı çərçivəsində təşkil olunmuş konsertə Stokholmda akkreditə edilmiş səfirliklərin nümayəndələri, İsveçin ictimai xadimləri gəliblər.
Qeyd edək ki, Polşada yaradılmış “Mədəni orkestr” Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının iştirakçıları olan ölkələrdən gəlmiş gənc musiqiçilərdən ibarətdir. Stokholma qədər orkestr Qdanskda, Kassildə, Afinada və Edinburqda çıxış edib.