Ötən bazar Amerika qitəsində güclü yeraltı təkanlar qeydə alınıb.
ERtv BBC-yə istinadən xəbər verir ki, zəlzələ San-Fransisko ətrafında baş verib.
Təbii fəlakət nəticəsində 120 nəfər xəsarət alıb. Altı bal gücündə olan yeraltı təkanlar daha çox Kaliforniyada hiss olunub. Zəlzələnin episentri San-Fransiskonun 60 kilometrliyində Napa şəhəri yaxınlığında olub.
Ölən yoxdur, 3 nəfər, o cümlədən bir uşaq ağır xəsarət alıb.
100-dən artıq insan tibbi yardım üçün xəstəxanalara müraciət edib. 50 mindən çox ev işıqsız qalıb. Evlərin fasadına ziyan dəyib. Kaliforniya ştatında fövqəladə vəziyyət elan olunub.
ABŞ-ın Geoloji Xidmətindən verilən məlumata görə, digər güclü təkanlar bu gün 7 bal gücündə Peruda qeydə alınıb. Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.