Xəbərlər

Elxan Süleymanov: “Ermənilər qətnamə layihələrimə əsaslanan məruzəni qəbul etməmək üçün təzyiq göstərəcək”
25 avqust, 2014 13:12

AŞPA-nın iyun sessiyası bir sıra maraqlı və vacib məsələlərin müzakirəsi ilə yadda qaldı.

Bu sıradan mənim müəllifliyimlə təqdim edilmiş və 14 üzv dövləti təmsil edən 58 üzvün imzaladığı Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi 27 iyunda Büronun diqqətini çəkdi və bir qərar verilməsə də, gərgin müzakirələrə səbəb oldu.

ERtv xəbər verir ki, bu fikirlər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun AŞPA prezidenti Ann Brössora, AŞPA Büro üzvlərinə, Avropa Şurasının baş katibi Tyorbörn Yaqlanda və  AŞPA baş katibi Voytsex Savitskiyə ünvanladığı müraciətində öz əksini tapıb.

Onun sözlərinə görə, Sədarət Komitəsində Katiblik bu qətnamə layihəsinə qarşı son dəqiqə prosedur etirazı qaldırdı, baxmayaraq ki, qətnamə layihəsi daha əvvəl rəsmi çap edilmişdi və beləliklə, Qaydalara tam müvafiq idi:

“İyunun 22-si qətnamə layihəsinə qarşı heç bir Qayda sözbəsöz sitat gətirilə bilməsə də, üzvlər Katibliyə qarşı danışmağa tərəddüd etdilər. Nəticə etibarilə, qətnamə layihəsinin məruzə üçün Siyasi Məsələlər Komitəsinə yönləndirilməsi barədə yekdil qərar verildi. Bu “centlmen sazişi” barədə iyunun 23-ü AŞPA Baş katibi cənab Savitski tərəfindən mənə məlumat verildi.

İyunun 23-ü baş tutan görüşdə mənə sanksiyalar tələb etməyən qətnamə layihəmi müvafiq şəkildə yenidən yazmaq və 18 saat ərzində tələb edilən imzaları yenidən toplamaq təklif edildi. Eyni zamanda bu görüş zamanı Savitski mənə bildirdi ki, əgər tələb olunan formatda yeni qətnamə layihəsi təqdim etməsəm katiblik tərəfindən bu mövzuda yeni bir qətnamə layihəsi hazırlanacaqdır.

İlk qətnamə layihəm tamamilə qaydalara uyğun olduğu üçün əvvəlcə bu təklifi qəbul etməkdən imtina etdim. Lakin Katiblik tərəfindən ciddi təzyiqi anladığımdan, tələb edilən qısa vaxtda yeni qətnamə layihəsi irəli sürməyə müvəffəq oldum...”

E.Süleymanov öz müraciətində qeyd edib ki, düzəliş edilmiş qətnamə layihəsi Siyasi Məsələlər Komitəsinə yönləndirilməsi barədə Sədarət Komitəsi və Baş katibin centlmen sazişinin hələ də icra edilmədiyinə həqiqətən təəssüf edir.

Onun qeyd etdiyinə görə, qərar sadəcə, təxirə salınıb və sentyabrın 2-si Büroda Azərbaycanın işğal edilmiş bütün ərazilərinə dair açıq müzakirə, hərtərəfli məruzə və konstruktiv qətnaməyə çağıran hər iki qətnamə layihəsinin lehinə səs vermək imkanı var:

“Şübhəsiz ki, ermənilər təqdim etdiyim qətnamə layihələrimə əsaslanan məruzəni qəbul etməmək üçün sizə böyük təzyiq göstərəcəklər. Sessiyadan bir neçə gün sonra Ermənistan nümayəndə heyətinin üzvü Arpin Hovannisyan tərəfindən “Azərbaycanda korrupsiya barədə yazan tədqiqatçı jurnalistlərin sıxışdırılması” adlı digər qətnamə layihəsi irəli sürüldü. Yalnız bir Azərbaycan fəalı barədə köhnəlmiş mövzuda olan bu qətnamə layihəsinin irəli sürülmə vaxtı və bütün erməni deputatların onu imzalaması təsadüfi deyil.

Açıq-aşkar Azərbaycan torpaqlarını 23 ildən artıq müddətdə işğal altında saxladığı üçün AŞPA-da Ermənistan nümayəndə heyətinə sanksiya tələbindən sığortalanmaq məqsədi güdən və mənim təqdim etdiyim qətnamə layihəmdən dərhal sonra Ermənistanın müəllifliyi ilə quraşdırılan bu qondarma qətnamə layihəsi sizcə bilavasitə Ermənistanın işğalçı siyasətinə xidmət etmirmi?...

Mən inanıram ki, siz, düzgünlük, ləyaqət və obyektivliyi müdafiə edən bütün üzvlər Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan Respublikası ərazisinin beşdə-birini 23 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılması faktını diqqətdən kənarda qoymayacaqsınız...

Nəhayət, inanmaq istəyirəm ki, öz obyektivliyi və prinsipiallığı ilə seçilən qüvvələr Avropa Şurasının əsas sənədlərində ehtiva edilmiş və AŞPA-da Ukrayna hadisələri ilə bağlı qəbul edilmiş qərarda göstərilən prinsiplərdən çıxış edərək, Azərbaycan ərazilərinin uzun müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmasına biganə qalmayacaq, Ermənistanın toxunulmazlığını təmin etmək istəyən qüvvələrin korporativ maraqlarının Avropa dəyərləri üzərində qələbə çalmasına imkan verməyəcək, hər iki qətnamə layihəmin məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərilməsi barədə qərar qəbul edəcəksiniz”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.