Xəbərlər

“Neftçi” 4 qol vuraraq acı məğlubiyyətə uğradı
22 avqust, 2014 21:11

Bu gün Bakının “Neftçi” komandası Avropa Liqasının play-off mərhələsi çərçivəsində səfərdə Serbiyanın “Partizan” klubunun qonağı olub.

ERtv xəbər verir ki, oyuna hücumlarla başlayan “bakılılar” artıq 11-ci dəqiqədə hesabı açıblar.

Denis Silva Cruz komandasını hesabda irəli çıxardıb. Rəqib bu qoldan özünə gəlməmiş “Neftçi” üstünlüyünü iki topa çatdırıb. Cruz matçın 17-ci dəqiqəsində dublunu rəsmiləşdirib. Qara dərili futbolçu matçın 29-cu dəqiqəsində yenidən diqqət mərkəzinə düşüb, lakin bu dəfə öz qapısına qol vurmaqla.

“Neftçi” qolun təsirindən çıxmamış, rəqib hesabda tarazlıq yaradıb. 32-ci dəqiqədə Petar Grbiç “Partizan”ın bərabərlik topunu vurub - 2:2. Komandalar fasiləyəyə bu hesabla yollanıblar.

İkinci hissə qarşılıqlı, xüsusilə də, “Partizan”ın hücumları şəraitində keçib. Serbiyalıların yaratdıqları çoxsaylı qol vəziyyətləri zamanı “Neftçi”nin qapıçısı Stamenkoviç yaxşı oynayıb. Lakin o, komanda yoldaşı Elvin Yunuszadənin 69-cu dəqiqdə öz qapısına vurduğu qolun qarşısında aciz qalıb. Və oyun 4 qol vurmasına baxmayaraq “Neftçi”nin 2:3 hesablı acı məğlubiyyəti ilə başa çatıb.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.