Xəbərlər

Bakıda “Yaşayan tarix” festival-sərgisi
22 avqust, 2014 21:10

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İçərişəhər, Kiçik Qala küçəsində yerləşən açıq səma altındakı sərgi mərkəzində “Yaşayan tarix” adlı heykəltəraşlıq üzrə festival-sərgi keçirilib.

ERtv xəbər verir ki, sərgidə Azərbaycan və Dünya tarixi şəxsiyyətlərinin büstləri sərgiləndi.   

Layihə koordinatoru İsmayıl İsmayılov layihə haqqında ətraflı məlumat verdi. Festival-sərginin münsiflər heyətinin üzvləri - xalq rəssamı, heykəltəraş Ömər Eldarov, əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, heykəltəraş Natiq Əliyev çıxış edərək belə bir tədbirin ilk dəfədir keçirildiyini vurğulayıblar. Onlar Azərbaycanda istedadlı gənc heykəltəraşların olduğunu qeyd edərək bu sərginin davamlı təşkil edilməsini arzuladılar. Bildirilib ki, sərgiyə təqdim olunan əsərlər peşəkarlıqla hazırlanıb.

Sərgidə qəbul edilən ərizə və keçirilmiş müsahibə nəticəsində seçilən 17 gənc heykəltəraşın bir ay ərzində hazırladığı Azərbaycanın və dünyanın 20 nəfər tarixi şəxsiyyətlərinin büstləri nümayiş edilib. Bunların arasında Babək, M.P.Vaqif, S.Bəhlulzadə, T.Nərimanbəyov, A.Eynşteyn, M.Qandi, L.N.Tolstoy və digər tarixi şəxsiyyətlərin portretlərini görmək olar.

Sonra qaliblərin adları açıqlanıb. Milli Qəhrəman Mübariz İbrahimovun büstünə görə Vüqar İmamquliyev birinci, Xalq Şairi Xəlil Rza Ulutürkün portretinə görə Kamran Əsədov ikinci, Xalq Rəssamı Toğrul Nərimanbəyovun büstünü hazırlayan Süleyman Rüstəmov isə üçüncü yerlərə layiq görülüblər.

Layihənin məqsədi Azərbaycan İncəsənətinin və heykəltəraşlıq sənətinin  inkişafına təkan vermək, gənc istedadlı heykəltəraşların tapılıb üzə çıxarılması və onların tanıtımına təkan verərək digər tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən professional heykəltəraş və rəssamlarla əlaqələrinin yaradılması və möhkəmlənməsi, tanınmış şəxsiyyətlərin büst və heykəllərinin gələcəkdə şəhərin ayrı-ayrı yerlərində yerləşdirilməsinə kömək etməkdir.

Layihənin rəhbəri İslam Həsənəlizadədir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.