FHN-in xilasediciləri dənizdə batan daha bir nəfəri xilas edib
23 avqust, 2014 21:09
Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.
ERtv-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər görə, “Novxanı” sularda xilasetmə məntəqəsindən təxminən, 800 m məsafədə, nəzarət olunmayan ərazidə 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:50-də başa çatıb.