Rusiya McDonald's-ları bağlamağa başladı
21 avqust, 2014 09:54
Rusiyanın Sanitariya Xidməti çərşənbə günü Moskvada fəaliyyət göstərən McDonald's restoranlar şəbəkəsinin dörd müəssisəsini bağlayıb.
ERtv Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un Moskva İdarəsinin məlumatında bildirilir.
“McDonald's sürətli qidalanma xidməti müəssisələrinin fəaliyyətinin müvəqqəti qadağan olunması barədə protokol tərtib olunub", - deyə məlumatda bildirilir.
İdarədən bildirildiyinə görə, müəssisələrdə yoxlamalar zamanı sanitariya qanunvericiliyi tələblərinin pozulması halları aşkar olunub. Faktla bağlı bir neçə maddə üzrə inzibati hüquq pozuntuları haqqında iş açılıb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı