Xəbərlər

Rəşad Məcidin 50 yaşı tamam olur
21 avqust, 2014 09:52

Bu gün yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidin yubiley doğum günüdür.

ERtv xəbər verir ki, bu gün R.Məcidin 50 yaşı tamam olur.

Qeyd edək ki, R.Məcid 1964-cü ilin avqust ayının 21-də  Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib.

1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə “Ədalət” qəzetində, sonra isə “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olub.

1992-ci ildə “525-ci qəzet”i təsis edib. 1993-cü ildə “Azərmətbuatyayımı” İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur.

Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb.

2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib və hazırda da bu vəzifəni icra etməkdədir. O həmçinin,  Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür.

R.Məcid ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə “Hələ ki vaxt var” adlı şeirlər, 2004-cü ildə “10 sentyabr” adlı hekayələr kitabı çapdan çıxıb.

Ailəlidir, 3 övladı var.

ERtv olaraq R.Məcidi 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona fəaliyyətində, yaradıcılığında, şəxsi həyatında növbəti nailiyyətlər arzulayırıq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.