Xəbərlər

Rafael Cəbrayılov: “Türk liderlər dövlətlərini dünyada baş verən münaqişələrdən məharətlə kənarda saxlayır”
20 avqust, 2014 12:55

Türk dünyasında çox ağıllı liderlər var - istər Türkiyədə olsun, istər Azərbaycanda olsun, istər Qazaxıstanda olsun.

Onlar öz ağıllı, müdrik, uzaqgörən siyasətləri ilə öz dövlətlərini və xalqlarını dünyada baş verən kataklizmlərdən, münaqişələrdən kənarda saxlaya bilirlər.

Bunu ERtv-yə açıqlamasında Milli Məclisin (MM) deputatı Rafael Cəbrayılov Yaxın və Orta Şərqdə, Ərəb dünyasında, o cümlədən, Ukraynada baş verən ağrılı proseslərin Türk dünyasını da öz içinə çəkə bilib-bilməyəcəyinə münasibətini bildirərkən dilə gətirib.

“Bir az Türk dünyasına fikir versəniz görərsiniz ki, doğrudan da, şəxsiyyətin rolu məsələsi bu gün daha qabarıq şəkildə üzə çıxır. Ümumiyyətlə, tarixdə şəxsiyyətlərin rolu məsələsi hamıya məlumdur. Tarixdə, o cümlədən, hazırda Türk dünyasının özündə çox ağıllı liderlər, şəxsiyyətlər var ki, onlar öz xalqlarını daim münaqişələrdən çox məharətlə kənarda saxlayırlar”, - deyən R.Cəbrayılovun sözlərinə görə, eyni zamanda super dövlətlərin əlində oyuncağa çevrilmirlər:

“Baxın elə bizim ətrafımızda - istər Gürcüstanda olsun, istər Ukraynada olsun, görün, nə hadisələr baş verir? Biz Azərbaycan hakimiyyətinin xarici siyasətini balanslaşdırılmış siyasət adlandırırıq, amma bəzən də bir çox insanımız heç onun fərqinə varmır, onu sadə bir məsələ hesab edir. Amma inanın ki, bu, beynəlxalq siyasətlə bağlı çox böyük siyasi məharət tələb edən bir hadisədir.

Məsələn, Türkiyənin özündə olsun, münaqişə ocaqlarının düz ortasındadır. Hətta, bəzən onun içərisinə belə gətirirlər bu münaqişələri. Azərbaycanın özünün 20 faizi işğal olunub, həmçinin, qeyri-münaqişələr yaratmağa çalışılır”.

O qeyd edib ki, amma baxıb görmək lazımdır ki, bu məsələlər necə məharətlə, necə səbirlə, necə təmkinlə, belə demək mümkünsə, Azərbaycanın, Türkiyənin milli maraqları baxımından necə yüksək ustalıqla həll olunur:

“Bu baxımdan, sabit, düzgün siyasət yeridən ağıllı lider faktorunu önə çəkərək demək istəyirəm ki, yəni, bu məsələ Türk dünyasında yaxşıdır. Mən bu məsələ ilə bağlı nikbinəm. Eyni zamanda, bu gün xalqlar var ki, tarixi inkişaf baxımından onlar hələ nisbətən geridədirlər, onlarla bunu etmək olar. Amma bəzi xalqlar da var ki, nisbətən irəlidədirlər və onlarla bu məsələləri etmək olmaz.

Rusiya, Ukrayna ilə, Gürcüstanla bağlı məsələləri təsadüfi vurğulamadım. Onlar həqiqətən inkişaf etmiş xalqlardır, amma görün orada nələr baş verir?... Ona görə aparılan siyasətin düzgünlüyünü, onun təmkinli, səbirli olmasını xüsusi vurğulamaq istəyirəm ki, Türk dünyasında bu məsələ ilə bağlı mən çox nikbinəm. İstər Qazaxıstanla bağlı olsun, istər bir sıra müsəlman dövlətləri ilə bağlı olsun. Amma əfsuslar olsun ki, bu məsələni Ərəb dünyası ilə bağlı deyə bilməyəcəyəm”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.