Xəbərlər

Bakıda rəssamlar üçün “Kölgə səsləri” müasir siluet animasiyasına dair kurs keçiriləcək
20 avqust, 2014 12:50

"YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə sentyabrın 8-dən 19-dək Birgitta Hoseanın rəhbərliyi ilə rəssamlar üçün “Kölgə səsləri” müasir siluet animasiyasına dair kurs keçiriləcək.

ERtv xəbər verir ki, Birgitta Hosea Londonda yaşayan media rəssamıdır.

O, bu yaxınlarda animasiya və ifaçılıq üzrə praktiki doktorluq dərəcəsini bitirmiş olduğu “Central Saint Martins” (London İncəsənət Universiteti) ifaçılıq mərkəzində tədqiqat rəhbəri və MA personaj animasiyası üzrə kursun rəhbəri kimi fəaliyyət göstərir. Media rəssamı “Adobe” üzrə sertifikatlaşmış ekspert olaraq Böyük Britaniya, ABŞ, Çin, Hollandiya, Rumıniya, Avstriya və İsveçdə təlimlər aparıb.

Birgitta Hoseanın geniş animasiya təcrübəsinə videoinstalyasiyalar, animasiyalı tamaşalar, həmçinin hərəkət qrafikası daxildir.

Qədim zamanlardan bəri od kəşf olunduqdan sonra insanlar bir-birilərinə rəvayətlərini kölgələr vasitəsilə nəql edirdilər. Tələbələr kurs müddətində qədim və müasir texnikaların qarışığından istifadə etməklə maraqlı rəvayətlər danışmaq və cəld şəkildə dinamik nəql edən obrazlar yaratmaq üçün kağız marionetlər və rəqəmsal videodan istifadə etməklə kölgə xüsusiyyətlərinin vizuallaşdırılması, müştərək hekayət danışma və obyektlərdən ibarət tamaşanın xüsusiyyətlərini araşdırmaq üçün qrup daxilində çalışacaqlar.

Nəticədə tələbələr müstəqil şəkildə hazırladıqları bir sıra işləri qrupa təqdim edəcəklər. Seçilmiş əsərlər qrup sərginin bir hissəsi kimi nümayiş olunacaq.

Kursu dinləmək üçün avqustun 29-dək  qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat forması və minimum 200 sözdən ibarət motivasiya məktubu Azərbaycan, rus və ya ingilis dillərindən birində yazılaraq [email protected] elektron ünvanına göndərilməlidir.

Qeydiyyat formasını yükləmək və ətraflı məlumatı müvafiq linkə daxil olmaqla əldə etmək mümkündür.  http://www.yarat.az/az/learn/all/overview/master-classes-with-birgitta-hosea-uk

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.