Xəbərlər

Ehtiyatlı olun: bu gün ilin ən isti günüdür
20 avqust, 2014 12:48

Bu ilin ən isti günü - bu günə, 20 avqusta təsadüf edir.

ERtv Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin sözlərinə istinadən xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında 36-39, yarımadanın bəzi yerlərində 41 dərəcə isti proqnozlaşdırılsa da, bu anomal isti hesab edilmir.

Onun sözlərinə görə, sonrakı günlərdə belə istilər proqnozlaşdırılmır.

Baş hidroloq deyib ki, son 20 il ərzində Bakıda ən isti illər 2010, 2011, ən sərin illər isə 1993 və 2004-cü illər olub:

“Azərbaycanda anomal istilər 2010-cu ildə qeydə alınıb. Həmin il iyulun 11-12-də Bakıda 40-41, bəzi Mərkəzi Aran rayonlarında 42-43, Culfada 44 dərəcə isti qeydə alınıb. Ötən il iyul ayının üçüncü ongünlüyündən başlayaraq avqustun 3-dək ölkə ərazisində güclü istilər olub. Həmin il iyulun 22-də Bakıda 40 dərəcə isti qeydə alınıb”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.