Xəbərlər

Koko Şanel – 131
19 avqust, 2014 14:07

Bu gün “dəb kraliçası” Koko Şanelin anadan olduğu gündür.

Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlib.

18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı.

O, 1910-cu ildə özünün geyim dükanını açır. Burada qadın şlyapaları satılırdı. 1912-ci ildə Koko Şanel özünün “Şanel Moda evi”ni açır. Amma Birinci Dünya müharibəsi onun bu işini yarıda qoyur. Yalnız müharibədən sonra - 1919-cu ildə “Şanel Moda evi” fəaliyyətini bərpa edir.

Onun başladığı bütün işlər uğurla nəticələnirdi. 1921-ci ildə “Chanel №5” ətirləri meydana çıxdı. Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi. Dünyanın bir çox məşhurları, Jaklin Kennedi, Merlin Monro və başqaları hər zaman bu ətirdən istifadə edirdi. Bu Koko Şanel üçün çox böyük uğur idi.

İllər ötdükcə Şanelin sədası dünyanın hər tərəfinə yayılırdı. Şaneli hamı izləyir, onunla maraqlanırdılar. Onun şöhrəti ilə bərabər var-dövləti də artırdı. 1939-cu ildə İkinci Dünya müharibəsi başlandı və Şanelin moda evi, butikləri bağlandı. Şanelin adı siyasi qalmaqallarda da hallanmağa başlandı. Onu hətta həbs də etmişdilər.

1940-cı illərdə Fransada Kristian Diorun moda aləminə gəlişi xanım Şanel üçün daha bir zərbə oldu. Şanelin qadınlar üçün yaratdığı rahat və sadə geyimlər yavaş-yavaş aradan çəkilirdi. Bir vaxtlar dəbdə olan darıxdırıcı, rahat olmayan geyimlər yenidən dəbə qayıdırdı. Amma Şanel bu geyimlərin tezliklə bəyənilməyəcəyini bilirdi. Ehtimalları onu aldatmadı. Koko Şanel yenidən öz işinə qayıdır. Çoxsaylı insanlar yenidən Şanel markalı geyimlərə üstünlük verməyə başlayırlar. O, yenidən növbəti üslub üzərində çalışmağa başlayır. Bu dəfə işlədiyi geyimlərdə klassik dəb üstünlük təşkil edir. Başqa modelyerlər də onun işlərindən, ideyalarından yararlanaraq, öz kolleksiyalarında istifadə edirdilər. Bu isə Şanelə böyük sevinc və fərəh verirdi.

Koko Şanel 88 il ömür yaşadı.

Onu hələ sağlığında “moda aləminin filosofu” adlandırırdılar. XX əsrin qadın silueti Qabriel Şanel 1971-ci il yanvarın 10-da Parisdə dünyasını dəyişdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.