Xəbərlər

Qarabağ bölgəsindən gətirilən çapma aləti Beynəlxalq Daş Piramidasında yer alıb
19 avqust, 2014 14:06

Kanadanın Karlton Pleysdə (Town of Carleton Place) bu şəhərin rəmzlərindən biri olan Beynəlxalq Daş Piramidasının (International Cairn) açılış mərasimi keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən ERtv-yə verilən məlumata görə, mərasimdə səfirliyin müvəqqəti işlər vəkili Ramil Hüseynli də iştirak edib.

Qeyd edək ki, dünya ölkələrinin dostluğunun rəmzi kimi qələmə verilən bu abidə yerli vətəndaşlar və səfirliklər tərəfindən ianə edilən daşlardan ibarətdir.

2014-cü ilədək piramida yalnız 20 ölkədən (Cənubi Afrika, ABŞ, Meksika, Çin, Yaponiya, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Avstraliya, Polşa, Fransa, “Şotlandiya”, Trinidad və Tobaqo, Keniya, Zimbabve, Kosta Rika, Belçika və İrlandiya) daş parçaları ehtiva edib. Artıq bu ildən Azərbaycan da sözügedən abidəyə töhfə verən ölkələr siyahısındadır. Azərbaycanın Qarabağ bölgəsi Quruçay vadisindən kobud çapma aləti bu abidədə yer alıb.

Tədbirin açılışında çıxış edən Karlton Pleys şəhərinin meri Vendi Löblan (Wendy LeBlanc) abidənin formalaşmasına töhfə vermiş 12 ölkə, o cümlədən Azərbaycana təşəkkür edib. O, tədbirə qatılan səfirliklər, həmçinin Azərbaycan səfirliyinin təqdim etdiyi daş parçasının detalları haqqında iştirakçıları məlumatlandırıb.

Daha sonra tədbirdə iştirak edən Azərbaycan təmsilçisi digər qonaqlarla birgə piramidanın üzərindəki örtüyü götürməklə abidənin rəmzi açılışını edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.