Xəbərlər

Boluda yaxın zamanlarda Qarabağ parkı açılacaq
19 avqust, 2014 14:05

Türikiyənin Bolu şəhərində Qarabağ parkının açılmasına dair təklifə müsbət yanaşılır.

ERtv xəbər verir ki, Bolunun bələdiyyə sədri Alaaddin Yılmaz şəhərin Fəxri Vətəndaşı olan Milli Məclisin deputatı Qənirə Paşayevanın xahişini yerinə yertirəcəklərini və Boluda gözəl bir Qarabağ parkı acılacağını deyib.

Millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, Bolunin Fəxri Vətəndaşı Qənirə Paşayeva Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz ilə görüşüb. Azərbaycan ilə Türkiyə arasında,ölkələrimizin rəhbərləri arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən Q.Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin, Türkiyənin də daim Azərbaycanın yanında olduğunu bildirib.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən deputat iki ölkənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib.

Q.Paşayeva Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Bolu vilayətinin də artıq Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib.

Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən Q.Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışmış və bələdiyyə başçısının rəhbərliyi altında nümayəndə heyətinin yaxın günlərdə Azərbaycana səfəri zamanı onların bir hissəsini yerində gördüklərini xüsusi vurğulayıb.

Boluya səfərlərini və Boluda təşkil edilən Koroğlu  festivallarında, simpoziumlarında, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB ilə Bolunun müxtəlif qurumlarrının birgə təşkil etdiyi Qarabağ konfransları, Xocalı Soyqırımızı anma tədbirlərini, “Qarabağdan Anadaloya Könül Körpüsü, Bir millət iki dövlət, Azərbaycan-Türkiyə qardaşlıq gecələrini”ndə iştirakını xatırladan deputat Boluda Qarabağ adını daşıyan bir parkının salınmasının və ya parklardan birinə Qarabağ adının verilməsinin önəmini bir daha vurğulamış və Bolunun Fəxri Vətəndaşı olaraq da bununla bağlı xahişini təkrarlayıb.

Azərbaycanı çox sevdiyini deyən və bu yaxınlarda Azərbaycana etdiyi səfərini böyük məmnuniyyətlə xatırladığını deyən Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib.

Bolu vilayətinin bələdiyyə sədri Alaaddin Yılmaz Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu bildirib.

O, Bolu ilə Azərbaycan bögələrindən birini qardaşlaşdırmaq niyyətində olduqlarını xüsusi vurğulayıb və Q.Paşayevaya bu istiqamətdə dəstəyinə görə təşəkkürünü çatdırıb. Bolu vilayətinin bələdiyyə başçısı A.Yılmaz yaxın zamanlarda Boluda Qarabağ parkının açılacağını və onun açılışında birgə iştirak etmək üçün Q.Paşayevanı da şəxsən dəvət edəcəyini deyib.

Görüşün sonunda Q.Paşayeva Bolu vilayətinin bələdiyyə sədri A.Yılmaza Azərbaycanın qədim musiqi aləti saz hədiyyə edib. Koroğulunun yadigarı olan saz musiqi alətinə görə təşəkkürünü bildirən bələdiyyə sədri bu hədiyyədən çox məmnun qaldığını dilə gətirib

Q.Paşayeva Bolu vilayətinin bələdiyyə sədrinə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitab və materiallar da təqdim edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.