Xəbərlər

Bu gün Ümumdünya Humanitar Yardım Günüdür
19 avqust, 2014 14:04

Hər gün planetimizin yüzlərlə nöqtəsində insanlar humanitar fəlakətlər ilə üzləşir. Hər il yüzlərlə qadın və kişilər fəlakət zonalarında yaşayan insanların həyatın xilas etmək üçün öz canların qurban verir.

19 avqust Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Ümumdünya Humanitar Yardım Günü elan edilib.

ERtv xəbər verir ki, “World Vision International” humanitar təşkilatının Azərbaycan nümayəndəliyi Azərbaycana 1994-cü ildə, Dağlıq Qarabağ münaqişəsindən zərər görmüş insanlara humanitar yardım etmək üçün gəlib.

Təşkilatın ilkin vəzifəsi Ümümdünya Ərzaq Proqramının ərzaq yardımını ehtiyacı olanlar arasında paylanması idi. Belə yardımlar respublikanın 32 rayonunda çadırlarda, məktəblərdə, ictimai binalarda, yataqxanalarda məskunlaşmış təqribən 200 min insana paylanıb.

Azərbaycanda daha çox “Dünyaya Baxış” kimi tanınan “World Vision” humanitar təşkilatının məcburi köçkünlərin həyatlarının yaxşılaşdırılması yolunda fəaliyyətinin ən bariz nümünəsi Mingəçevir şəhərində tikilmiş məcburi köçkünlər üçün “Yeni Həyat” qəsəbəsidir. Bu qəsəbənin tikilməsi burada məskunlaşan 400-dən artıq ailənin həyatında müsbət dəyişikliklərin başlanğıcı olub.

“World Vision” beynəlxalq humanitar təşkilatı icmalarda təhlükəsiz mühit yaratmaq üçün çalışır və regionların inkişafına yardım edir. “World Vision International” Azərbaycandakı nümayəndəliyi bu il Ümumdünya Humanitar Yardım günün Azərbaycanda icra olunan iqtisadi inkişaf layihələrinə həsr edib.

“World Vision”-ın Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəki-Zaqatala İnkişaf Modeli” layihəsi bu reqionda fermerlərin yeni texnologiyalar ilə tanışlığı üçün təlimlərin keçirilməsin nəzərdə tutur.  Bu təlimlər nəticəsində fermerlərin təcrübələri və bacarıqları artacaq, əkində daha məhsuldar sortlardan istifadə ediləcək. Həmçinin bu regiondan olan gənclərə öz bizneslərinin açılması və inkişafı üçün biznes təlimlər keçiriləcək və kiçik qrantlar veriləcək.

“World Vision International”-ın bu təlimlər nəticəsində Şəki-Zaqatala regionunda 1500-ə yaxın fermer təlim və peşəkar aqronomlardan məslətlər alacaqlar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.