Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili qarderobunun bir hissəsini Gürcüstan hökumətinə təhvil verib.
ERtv Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə M.Saakaşvilinin kitabxanasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, artıq qarderob Gürcüstanın hökumət administrasiyasına çatıb və onun içində büdcənin pulu hesabına alındığı deyilən kostyumlar və palto var.
Bir müddət əvvəl Gürcüstanın Baş Prokurorluğu M.Saakaşvilini müxtəlif şəxsi ehtiyacları üçün dövlət büdcəsindən 8 milyon lari (5 milyon dollar) xərclədiyini açıqlayıb.
Prokurorluq keçmiş prezidenti büdcə hesabına 8 kostyum və kaşmer palto almaqda ittiham edib.
Saakaşvili paltarlarını kuryer vasitəsilə göndərib, amma geyimlər hökumət idarəsinin gözləmə otağındadır və rəhbərlik onu qəbul etməyib.
Sabiq prezident sabiq baş nazir Bidzina İvanaşviliyə göndərdiyi qeyddə isə “Bu paltarlardan istədiyiniz kimi istifadə edə bilərsiniz”, - yazıb.