Türkiyə səfirliyini erməni Artur Mirzoyan atəşə tutub
18 avqust, 2014 12:42
Moskvada ov tüfəngi ilə Türkiyə səfirliyinin binasını atəşə tutan şəxsin kimliyi bəlli olub.
ERtv Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, “Dobriy Les” şirkətinin baş direktoru 43 yaşlı erməni Artur Mirzoyandır.
Mirzoyan Türkiyənin gerbini hədəf alıb və iki güllə atıb. Hər iki güllə hədəfə çatıb.
Hadisəni törədəndən sonra qaçıb gizlənmək istəsə də, kameralardan onun hara qaçdığını görən polislər Mirzoyanı saxlayıblar.
O, hadisənin motivlərini hələlik açıqlamayıb. Lakin polis insidentin səbəbini son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən sonra daha da qızışan, əsrlərdir erməni və türklər arasında davam edən ədavətin olduğunu istisna etməyib.