Orta məktəbdə yanğın
18 avqust, 2014 12:38
Azərbaycanda məktəb yandı.
ERtv Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dünən axşam saatlarında Salyan rayonu, Aşağı Kürkəndi kəndində ümumi sahəsi 1140 kv.m olan birmərtəbəli məktəbdə yanğın baş verib.
Hadisə zamanı məktəbin dam örtuyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.
Hadisə yerinə çağırılan FHN-nin yanğınsöndürənləri yanğını qısa zamanda söndürüblər. Yanğının səbəbi barədə məlumat verilməyib.