Xəbərlər

İtaliya Ermənistan və Azərbaycanı güc tətbiqindən çəkinməyə çağırıb
16 avqust, 2014 20:39

İtaliya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son insidentlərlə bağlı bəyanat yayıb.

ERtv APA-ya istinadən xəbər verir ki, bəyanatda deyilir: “Bu il iyulun 14-də Azərbaycan prezidenti İlham Əliyevin Romaya səfəri zamanı iki ölkə adından qəbul olunmuş bəyanatda siyasi, iqtisadi və mədəni sahədə ikitərəfli münasibətlərin gücləndirilməsinin zəruriliyi qeyd olunub.

Əməkdaşlığın çoxtərəfli aspektləri sırasında Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsi altında nizamlanmasına sadiqlik də əksini tapıb.

İtaliya tərəfi ənənəvi mövqeyinə və Avropa Birliyinin mövqeyinə uyğun olaraq, hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, habelə Fransa, Rusiya və ABŞ-ın himayəsi altında aparılan danışılar prosesinə əsaslanaraq dinc yolla həll edilməlidir.

İtaliya regionda baş verən son insidentlərdən ciddi narahatlıq keçirdiyini bəyan edir, Ermənistan və Azərbaycanı güc tətbiqindən çəkinməyə, həmçinin problemin siyasi yolla həlli üçün Soçidə keçirilmiş Sarkisyan-Əliyev görüşündən yararlanmağa çağırır”.

Bəyanatda İtaliyanın da ATƏT-in Minsk qrupunun üzvü olduğu da xatırladılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.