Bakıda 64 yaşlı qadın özünü çilçıraqdan asıb
16 avqust, 2014 20:34
Bakıda 64 yaşlı qadın yaşadığı mənzildə intihar edib.
ERtv xəbər verir ki, Nərimanov rayon prokurorluğundan Trend-ə bildiriblər ki, avqustun 15-i axşam 20:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1950-ci il təvəllüdlü Zoya Məhərrəmova yaşadığı mənzildə çilçıraqdan özünü asıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.