Xəbərlər

İntihar edən məşhurun xanımı danışdı
17 avqust, 2014 20:32

Uilyamsın həyat yoldaşı Suzan Şneyder aktyorun xəstəliyindən danışıb.

ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, avqustun 11-də yaşadığı evdə ölü olaraq aşkar edilən “Oscar” mükafatçısı Robin Uilyamsın həyat yoldaşı Susan Şneyder, Robinin Parkinson xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Robin bu haqda ictimaiyyətə bildirməyib. O, Parkinson xəstəliyinin yaratdığı narahatlıq və depressiya ilə mübarizə aparıb. Suzan Şneyder aktyora Parkinson diaqnozunun nə zaman qoyulduğunu və məşhurda olan xəstəlik simptomları barədə məlumat verməyib.

Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dofamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. Parkinson xəstəliyi (PH) Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir.

Xatırladaq ki, “Ölü Ozanlar Dərnəyi” və “Can dostum” filmləri ilə ölkəmizdə də geniş auditoriya qazanan 63 yaşlı “Oscar” mükafatçısı Robin Uilyams, Şimali Kaliforniyadakı evində ölü tapılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.